Əsas məzmuna keç

Bakıda əlil şəxsi diləndirən qadın saxlanılıb -FOTO

Bakıda 1950-ci il təvəllüdlü əlilliyi olan şəxsi dilənçiliyə sövq edən 1973-cü il təvəllüdlü Məlahət Bayramova saxlanılıb.

Tezadlar.az xəbər verir ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb.

Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.

report

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…