Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə tezadlar.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onsəkkizmərtəbəli yaşayış binasının burinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 38 kv.m. olan mağazanın yanar konstruksiyaları yanıb. Digər obyektlər və mənzillər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
İlkin məlumata görə isə hadisə mağazadakı qaz qızdırıcısından düzgün istifadə edilməməsi nətəicəsində baş verib.