13 Sentyabr 2024 / 12:06

BAKIDA İŞIQLARI SÖNDÜRƏN KİMDİR?- LİFTDƏ QALANLAR VAR

Bakıda “Formula-1″ə start verilən gün paytaxtın bir sıra ərazisində işıqlar sönüb…

 Hazırda “Azərbaycan” nəşriyyatında neçənci dəfədir işıqlar yanıb- sönür… Redaksiyalar və youtube- üzərindən yayımlanan kanalların işi iflic olub.
Xalq şairi Vahid Əziz isə “Təzadlar”a zəng edərək bildirdi ki, paytaxtın mərkəzi hissəsində, hansı ki, “Formula-1” yarışının təsir dairəsindədir, yaşayış binasında işıqlar sönüb, liftdə qalanlar var.
Biz bir tərəfdən yaşıl enerjidən danışırıq, digər tərəfdən isə ölkənin paytaxt şəhərində enerji kəsintiləri ilə üz- üzəyik.
Günahkar kimdir? Hələki bilən yoxdur…
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!