Əsas məzmuna keç

Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” konfransı və sərgi keçiriləcək

Bu gün 8 iyul tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans və “Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi keçiriləcək.  Qurumdan “Təzadlar”a verilən məlumata görə, konfransda rəsmi qurumların nümayəndələri, aparıcı media subyektlərinin rəhbərləri, millət vəkilləri və media ekspertləri iştirak edəcəklər.
Konfransın gündəliyində Milli Mətbuatın 150 illiyinə dair çıxışlar, Ulu Öndər Heydər Əliyevlə başlı xatirələr söyləniləcək.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…