Əsas məzmuna keç

BAKIDA METRODA METRO ADLI UŞAQ DOĞULDU: QADIN BÜRKÜDƏN TINCIXIB VƏ…

Bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Bu barədə TEZADLAR.AZ-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub. Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan qadına zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı metroda doğulub. Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
***
Şahidlərin sosial şəbəkələrdəki paylaşımlarından belə anlaşılır ki, qadın səhər saatlarında metroda rütubətli havadan tıncıxıb, özünü narahat hiss edib və məlum olub ki, doğuş vaxtı çatıb.
Deyilənə görə, ana uşağının adını Metro qoymaq istəyir… Hər halda, bu ad beynəlxalq status qazana bilər. Özü də metroda doğulan uşağa qoyulduğu üçün.
A.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…