Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat məbləğində pul, digər mağazadan isə 211 manat məbləğində pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.