Yasamal rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N. Qəmbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
RÖVŞANƏ







