Əsas məzmuna keç

BAKIDA PARTLAYIŞ OLUB

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, partlayış dalğasının təsirindən evin ön divarı uçub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…