Əsas məzmuna keç

BAKIDA “QADIN TÜRMƏSİ”NİN YERİNDƏ GÖYDƏLƏN TİKƏN MTK ƏTRAF BİNALARA ZƏLZƏLƏ ANI YAŞADIR- FOTO- VİDEO

Bu dəqiqələrdə Bakının Xətai rayonunda, keçmiş “Qadın türməsi”nin yerində (Afiyəddin Cəlilov və Sabit Orucov küçələrinin kəsişməsi) göydələn tikən adl naməlum şirkətin bünövrə quyuları inşa edən qurğularının 3-4 ballıq zəlzələsinin təsirindən qarşı binaların asfalt örtüyündə iri çatların yaranması barədə “Təzadlar”ın elektron poçtuna şikayət daxil olub. Hələlik onu deyək ki, bina sakinləri yazır:”Bu ağır texnikaların səs- küyü və guppultusu, nəriltisi bir aydır hər gün səhər saat 08:00 radələrindən yuxumuzu ərşə çəkib. Eyni hal şənbə- bazar və bayram günlərində də davam edir… Artıq iki gündür bu ərazidəki binaların divarına doğru asfalt boyu çatlar başlayıb. Ötən əsrin 70-80- ci illərində tikilmiş binamızın bu zəlzələ effektli guppultulara dözəcəyi sual altındadır… FHN əməkdaşlarının təcili olaraq əraziyə gəlməsi çox vacibdir… Bu dəqiqələrdə mənzillərimizdə zəlzələ effektli tappıltılar var, çilçıraqlarımız yellənir…”.
Hazırda “Təzadlar”ın əməkdaşları ərazidədir, əlavə məlumat veriləcək.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…