18 May 2026 / 20:59

Bakıda şəhərlərin gələcəyi müzakirə olunur

Şəhərlərin gələcəyi Bakıda müzakirə olunur.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstan Texniki Universitetinin professoru, urbanist və ekspert Merab Bolkvadze deyib.

O, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını (WUF13) yüksək qiymətləndirib.

M. Bolkvadze bildirib ki, hazırda Bakıda mühüm beynəlxalq tədbir keçirilir:

“Bildiyiniz kimi, qardaş ölkəmiz Azərbaycanda – Bakıda mayın 17-dən etibarən çox böyük bir forum keçirilir. Forum ümumilikdə məskunlaşma məsələlərinə həsr olunub və WUF13 dünyada yaşayış məntəqələri ilə bağlı problemləri əhatə edir.”

Professor belə bir mötəbər forumun Azərbaycan tərəfindən qəbul edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Onun sözlərinə görə, tədbirdə gürcü mütəxəssislər və şəhərsalma üzrə ekspertlər də iştirak edir. “Belə bir mötəbər forumun dost və qardaş ölkə Azərbaycan tərəfindən qəbul edilməsi təqdirəlayiq haldır”, – o qeyd edib və forum çərçivəsində aparılan müzakirələrin şəhərsalma və dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını qabardıb.

Gürcü professorun fikrincə, bu cür forumların keçirilməsi çox vacibdir:

“Çünki bizim üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycanlı həmkarlarımızla görüşürük və bu müzakirələr zamanı bir çox məsələlər dəqiqləşir, ortaq problemlər ətrafında fikir mübadiləsi aparılır.”

O, həmçinin şəhərlərin dayanıqlı inkişafı və yaşayış məntəqələrinin planlaşdırılması baxımından bu cür platformaların önəmini vurğulayıb: “Şəhərlərin və yaşayış məntəqələrinin dayanıqlı inkişafı baxımından şəhərsalma mövzusunda keçirilən belə forumlar və görüşlər olduqca önəmlidir. Ümumilikdə, Gürcüstan tərəfi, gürcü memarlar və şəhərsalma mütəxəssisləri bu cür forum və görüşləri yüksək qiymətləndirir və dəstəkləyirlər.”

Ekspert Azərbaycanın işğaldan azad olunan ərazilərdə apardığı işləri də yüksək qiymətləndirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!