26 Noyabr 2025 / 18:38

Bakıda SSRİ- nin həsrətini çəkənləri həbs etdilər ki…

Hələ də tifağı dağılmış SSRİ- nin həsrətini çəkənlər var. Amma bu həsrəti Bakıda çəkmək onlara baha başa gəldi. Belə ki, Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Tezadlar.az xəbər verir ki, istintaq orqanın təqdimatı əsasında Nizami rayon Məhkəməsində bu barədə qərar qəbul edilib.

Qərara əsasən, Abdulla İbrahimli, İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.

İndi onlar çölə çıxmağın həsrətini yaşamaqdadırlar. Bu həsrətin sonu isə ən azı 2-3 ildən sonra baş verə bilər.

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!