Bakıda sürüşkən yollarda çoxsaylı avtoqəzalar baş verib- FOTO

Oxunma sayı: 104

Təcrübəsiz sürücülərin kimliyi ötən gecə də buzlu yollarda özünü göstərdi. Belə ki, Bakının bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb. Tezadlar.az Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Hansı yollarda sıxlıq var?

1. Sabunçu rayonu, Aeroport şosesi, Hava limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
2. Nizami rayonu. Mikayıl Əliyev küçəsi, “Milli Gimnastika Arenası”nın yaxınlığı, “Koroğlu” m/st istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
3. Nərimanov rayonu, Heydər Əliyev prospekti, köməkçi yol, “Bağırov” körpüsü, mərkəz istiqamətində, sıxlıq yaranıb;
4. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Qara Qarayev prospekti istiqamətində sıxlıq yaranıb;
5. Yasamal rayonu, Tbilisi prospekti, körpü, “20 Yanvar” dairəsi, mərkəz istiqamətində sıxlıq yaranıb;
6. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Çermet” körpüsü, hər iki istiqamətdə sıxlıq yaranıb.

Təcrübəsiz sürücülərin yola şəxsi avtomobillərlə çıxması yolverilməzdir.

Elbar

Xəbəri paylaş