Əsas məzmuna keç

Bakıda təmir işləri ilə bağlı qaz təchizatında fasilə yaranacaq

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçələrinin kəsişməsində və M.Mehdizadə küçəsində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar  saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Tezadlar.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələrinin, 8 Noyabr (bir hissəsi) və Babək prospektlərinin, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…