23 Aprel 2025 / 08:12

Bakıda “VMF Continental” mağazasından saat oğurlayan Çinlilərə 5 iç cəza verildi

Nəhayət, Bakıda “VMF Continental” mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki şəxsə hökm oxuyub. Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər və cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.
Tezadlar.az xatırladır ki, oğurluq hadisəsi ötən ilin oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb. Onu da deyək ki,
VMF şirkəti tanınmış jurnalist, ANS-in rəhbəri Vahid Mustafayevə məxsusdur.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!