8 May 2022 / 06:08

BAKIDA YAŞAYIŞ BİNASINDA YANĞIN BAŞ VERİB

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!