Əsas məzmuna keç

BAKIDA YAŞAYIŞ BİNASINDA YANĞIN OLUB

Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli mansardalı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan mənzilin yanar konstruksiyaları yanıb, 4-cü mərtəbədəki mənzildə 4 ədəd plastik pəncərə çərçivəsi, 1 ədəd kondisioner və tavan örtüyü 2 m² sahədə yüksək temperaturdan əriyib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…