Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur. Tezadlar.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O qeyd edib ki, regionlarda bu say daha da çoxdur Sitat: “Sənədsiz evlərin sığortalanması da mümkün olmur. Misal olaraq, payız-qış mövsümündə güclü yağışlar səbəbindən Sabunçuda çox sayda evlər subasmaya məruz qaldı. Yaşayış sahələrinə ciddi ziyan dəydi. Həmin ərazidə 30-dan artıq zərərçəkənlərlə görüşdük, amma heç bir dəstək göstərə bilmədik. Çünki evlərinin sənədləri yox idi”.
Deputat əlavə edib ki, həmin ərazilərdə olan evlərə eyni zamanda neftli suların dolması da vəziyyəti daha da acınacaqlı edib: “Həmin evlərin böyük əksəriyyəti Balaxanı neftin buruqlardan çıxan qurunt sularının axdığı kanalların üzərində tikilib. Həmin kanalların təmizlənməsinə ehtiyac var. Səndədsiz evlərlə bağlı evlərin problemi öz həllini tapmalıdır”.
500 min sənədsiz evlərin olması o deməkdir ki, 500 min qanunsuz sənədlərlə vətəndaşları aldaddıblar. Bəs aldadıb pullar alanlar kimlərdir? Onları niyə cəzalandırmırlar???
A.Məmmədli