26 İyun 2022 / 05:38

BAKIDAKI YOL QƏZASINDA 3 NƏFƏR ÖLDÜ

Ötən gecə Bakıda ağır yol qəzası olub.

Hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Maştağa qəsəbəsində “BMW” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticəsində 1992-ci il təvəllüdlü Musazadə Rüstəm Ənvər oğlu və 2 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) ölüb, daha 1 nəfər – BMW-nin sürücüsü Sahil Xəlilov yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisəyə yüksək sürətin səbəb olduğu deyilir.  Sürücülərin isə sərxoş olması ehtimalı qaçılmazdır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!