Tıxac Bakının alın yazısıdır, çünki…

Oxunma sayı: 274

Bu yağmurlu hava Bakının bir sıra yollarında tıxaca sıbəb olub. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla həmin yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Sürücü və sərnişinlərə bir daha səbrli olmağı, tələsməməyi arzulayırıq. Çünki tələssəniz də, xeyri yoxdur, tıxaclar Bakının alın yazısıdır!

A.Məmmədli

Xəbəri paylaş

18 Aprel