Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. Tezadlar.az DİN- nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda isə vəziyyət belədir:
1. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
2. Babək prospekti, mərkəz istiqamətində;
3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
8. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;
9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
11. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
İşə gecikən və ya məktəbə tələsən sürücü və sərnişinlərə isə səbrli olmaq tövsiyyə edilir. Bakının yollarını daraldıb parklama və velosipedləşdirmə siyasəti yeridən AYNA rəhbərliyi problemi həll edəcəyinə söz verməkdədir.
A.Məmmədli