Əsas məzmuna keç

Bakı–Sumqayıt yoluna birbaşa çıxış üçün yeni avtobus zolağı təşkil edilib – VİDEO

baki sumqayit yol zolaq

“Avtovağzal” metrostansiyasının qarşısından Bakı–Sumqayıt yoluna birbaşa çıxış üçün yeni avtobus zolağı təşkil edilib.

Tezadlar.az  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, əvvəllər avtobuslar Bakı–Sumqayıt yoluna çıxmaq üçün əlavə 1,1 kilometr yol qət edirdi. Yeni zolaq sayəsində bu məsafə təxminən 100 metrə enib. Dəyişiklik avtobusların vaxt itkisinin azalmasına və sərnişinlərin daha rahat daşınmasına xidmət edir.

AYNA xatırladıb ki, “Avtovağzal” metrostansiyasına giriş ödənişsizdir. Sərnişinlərin bu imkandan yararlanması üçün stansiya yaxınlığındakı dayanacağa əlavə 16 marşrut yönləndirilib.

Belə ki, Sumqayıt şəhəri və Ceyranbatan qəsəbəsindən gələn 500, 503 və 508 nömrəli, Xırdalan şəhərindən 119 və 135 nömrəli, Masazır kəndindən 142, 525A və 525B nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Hökməli qəsəbəsindən 156 və 156A nömrəli, Sulutəpə qəsəbəsindən 158 nömrəli, Çiçək qəsəbəsindən 159 nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli və Biləcəri qəsəbəsindən gələn 83A nömrəli marşrut avtobusları “Avtovağzal” metrostansiyası yanında aralıq dayanacağı olaraq saxlayacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…