Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yeni istifadəyə veriləcək qatarlar şirkətinin istehsalı olan müasir vaqonlardır və burada təqdim olunan xidmət sinifləri 2019-cu ilə qədər fəaliyyət göstərən qatarların sinifləri ilə eyni deyil.
Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Tezadlar.az-a açıqlamasında deyib: “Bu qiymətləri 2019-cu ildə mövcud olmuş qiymətlərlə müqayisə etmək doğru deyil. Çünki həmin siniflər artıq əvvəlki siniflər deyil. Bunlar daha yüksək komfortlu, daha müasir xidmət təqdim edən vaqonlardır. Köhnə qatarlardakı kupe müəyyən mənada indiki “Komfort”, SV isə “Komfort Plus” ilə müqayisə oluna bilər. Amma həm xidmət, həm də rahatlıq baxımından yeni siniflər əvvəlkilərdən üstündür. Həmçinin son 6 ildə dünyada müşahidə olunan inflyasiya, enerji və yanacaq qiymətlərinin artması, eləcə də beynəlxalq dəmir yolu nəqliyyatında tariflərin yüksəlməsi qiymət formalaşmasına təsir edən əsas amillərdəndir”.