Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 May 2026 / 16:51

Bakı–Tbilisi–Bakı qatar reyslərində bu qədər yük apara biləcəksiz- TƏCİLİ

…Bakı-Tbilisi-Bakı reyslərində komfort və komfort-plus sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. Tezadlar.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

Qeyd edilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort-plus kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Bir sözlə, hesab edin ki, təyyarə ilə Vaşinqtona uçursunuz…

Səbuhi

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!