Əsas məzmuna keç

Bakıxanov qəsəbəsində sexdə baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Tezadlar.az FHN-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

***

13:01

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…