Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mən bu dəfə sizə Rüqəyya Qarazadənin həyatının uğur hekayəsini danışacağam. Bu balaca qız 2022-ci ildən gimnastika ilə məşğuldur.
Rüqəyya 5 yaşından Abşeron Olimpiya İdman Kompleksinin üzvüdür. Artıq 3 ildir ki, yarışlarda da iştirak edir. Arzusu idman müəllimi olmaqdır. Çox həvəslidir. Onda idmana həvəsi müəllimi Aygül Babaşova yaradıb. Aygül xanım peşəsini sevən müəllimədir. O, yetirmələrinə bədii gimnastikanın sirlərini öyrədir. Elə Rüqəyya Qarazadənin yarışlarda qazandığı uğurlarda Aygül Babaşovanın az əməyi olmayıb.

Rüqəyya Nişad qızı Qarazadə ilk yarışa Naxçıvan Muxtar Respublikada start verib.
4 aprel 2023-cü il tarixdə Milli Gimnastika Arenasında “Ocaq Sport” klubunun bədii gimnastika üzrə 2-ci açıq birinciliyində 1-ci yeri tutub.
12 noyabr 2023-cü ildə Milli Gimnastika Arenasında 2nd İnternational “Ojaq Cup”in Rhythmic Gymnastics-də 3-cü yerdə qərarlaşıb.
15 dekabr 2023-cü ildə Ocaqda Su İdman Sarayının bədii gimnastika üzrə “Winters Drop” açıq birinciliyində 3-cü yeri, qrup hərəkətləri ilə 1-ci yeri tutub.
22 dekabr 2023-cü ildə Ocaqda bədii gimnastika üzrə “Xəyala bir addım” açıq birinciliyində 1-ci yer tutub.
1 fevral 2024-cü ildə Bakıda “Baku Gym For All İnternational Challenge”-də 1-ci yer turub (qrupla).
24-26 sentyabr 2024-cü ildə Qubada keçirilən bədii gimnastika üzrə “GRACE OF NATURE” turnirində 2-ci yer tutub.
Və nəhayət, 2025-ci ildə “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” festivalında Abşeron gimnastları 1-ci yeri tutub.
Rüqəyya Qarazadə bu uğurlara, bədii gimnastikanın sirlərini ona aşıladığına görə müəllimi Aygül Babaşovaya dərin təşşəkürünü bildirir.

Mən də bir gənc olaraq bütün gənclərimizə tövsiyə edərdim ki, gələcək həyatlarında Rüqəyya Qarazadə kimi düzgün seçim etsinlər. Çünki uğur qazanmağın yolları, nəyəsə nail olmaq, daim irəli getmək, digər insanlardan fərqli olmaq, etdiyin işin yaxşı nəticəsini görmək məhz düzgün seçimdən keçir…
Xüsusi olaraq onu da vurğulamaq istəyirəm ki, biz gənclər hər uğurumuzda, hər qələbəmizdə dövlətimizin qayğısını öz üzərimizdə hiss edirik. Odur ki, yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı! Var olsun Azərbaycan gəncliyi!
Səma TAĞIZADƏ,
Bakı şəhəri