Əsas məzmuna keç

BANM-də Çin dili kursu fəaliyyətə başlayacaq – Vonq Haocyanq ali məktəbi ziyarət edib

Bakı Ali Neft Məktəbində Konfutsi İnstitutunun direktoru Vonq Haoçyanq və institutun bir neçə müəllimi ilə görüşdük.
Tezadlar.az   xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib.
“Görüşdə gələn ildən etibarən BANM-də Çin dili kursunun fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılıb.
Konfutsi İnstitutunun direktoru BANM-in infrastrukturu, təhsilin keyfiyyəti və tələbələrin hazırlıq səviyyəsini yüksək qiymətləndirərək burada fəaliyyət göstərəcək Konfutsi sinfinin ən güclü Çin dili kurslarından birinə çevriləcəyinə inandığını qeyd edib”,- deyə rektor qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…