Bakı Ali Neft Məktəbində Çin Neft Universiteti ilə əməkdaşlıq çərçivəsində “Dayanıqlı İnkişaf Həftəsi: Enerji keçidinin sürətləndirilməsi” adlı 1 həftəlik beynəlxalq tədbir təşkil edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
Rektor diqqətə çatdırıb ki, tədbirdə Çin Neft Universitetinin 13 tələbəsi və 1 dosenti, həmçinin BANM-də təhsil alan Banqladeş, Somali, Özbəkistan, Türkiyə və Azərbaycandan olan ümumilikdə 30 tələbə iştirak edib.
“Proqram çərçivəsində enerji keçidi, bioenerji və süni intellektin tətbiqi kimi aktual mövzular üzrə təqdimatlar edilib, həmçinin Azərbaycan mədəniyyətinin təbliği istiqamətində sosial-mədəni tədbirlər keçirilib, iştirakçılar “SOCAR Tower”də olublar.
Proqram iştirakçıları üçün “SOCAR Green”, bp və Ekologiya və Təbii Sərvətlər Nazirliyindən dəvət olunmuş mütəxəssislər təlimlər keçiblər”, – deyə o qeyd edib.
JASMİN




