Ali Məktəbimizin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin ( RBL) şagird və valideynləri ilə görüş keçirdik.
Tezadlar.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
Onun sözlərinə görə, BANM-in nəzdində fəaliyyət göstərən bu lisey qısa müddətdə böyük etimad qazanıb və artıq yüksək nəticələrlə seçilir.
“Xüsusilə Elm və Təhsil Nazirliyinin lisey və gimnaziyalar üçün keçirdiyi mərkəzləşdirilmiş imtahanlarda 8-ci siniflər arasında ən yüksək bal toplayan şagirdlərin məhz Rəqəmsal Biliklər liseyini seçməsi burada formalaşdırılan mühitin və tədrisin keyfiyyətinin bariz göstəricisidir.
liseyin yaradılmasında məqsəd gələcəyin rəqəmsal mühitə uyğunlaşa bilən, innovativ düşüncəli və yüksək biliklərə malik gənc nəslini formalaşdırmaqdır.
Görüşün sonunda valideynlərin və şagirdlərin sualları cavablandırılıb, onların təklif və fikirləri dinlənilib”, – deyə rektor qeyd edib.
JASMİN

