Əsas məzmuna keç

BANM-də Karyera Sərgisi keçirilib – ölkənini ən böyük şirkətləri və qurumları iştirak edib (FOTOLAR)

Bakı Ali Neft Məktəbində  (BANM)  SOCAR, bp, Deloitte, EY, KPMG, BCG, Mərkəzi Bank, ABB, Kapital Bank, PAŞA Kapital, AzerGold, “Azersun”un iştirak etdiyi möhtəşəm Karyera Sərgisi keçirilib.
Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
“Sərgidə SOCAR, bp, Deloitte, EY, KPMG, BCG, Mərkəzi Bank, ABB, Kapital Bank, PAŞA Kapital, AzerGold, Azersun və digər böyük şirkət və dövlət qurumları iştirak ediblər.
Ümumilikdə, 70-ə yaxın yerli və xarici şirkət, həmçinin dövlət qurumları sərgidə mövcud vakansiyalarını və təcrübə proqramlarını təqdim edib. Sərgiyə 1500-ə yaxın ziyarətçi qatılaraq işəgötürənlərin mövcud imkanları, tələbləri barədə birbaşa məlumat almaq şansı əldə edib.
Sərgidə Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Nihad Muxtarlı və SOCAR-ın İnsan kapitalı və inklüzivlik seqmentinin, istedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin nümayəndəsi Rəşad Ələkbərov çıxış etdilər”, – deyə o, qeyd edib.
Y.Məmmədli
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…