12 Avqust 2025 / 12:17

BANM-in ödənişsiz Tələbə Evi – Fotolar

Gördüyünüz şəkillər Oksfordun və ya Kembricin yataqxanaları deyil, Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Evidir.

Tezadlar.az xəbər verir ki,  bunu BANM-ın rektoru Elmar Qasımov bildirib. O rəhbərlik etdiyi ali təhsil ocağının Tələbə Evinin fotolarını sosial media hesabında təqdim edib.
“Dünyanın əksər universitetlərindən fərqli olaraq, BANM-da tələbələrə Tələbə Evində yaşamaq tam ödənişsizdir”,- deyə bildirib.
Döğrudan da, görünən dağa nə bələdçi?!
Qeyd edək ki, hazırda nəinki ali məktəblərin, hətta kolleclərin belə yataqxanaları ödənişlidir. Həmin yataqxanaların bir çoxunda isə vəziyyət heç də ürəkaçan deyil: səliqəsizlik, isti su problemi və s.
Ümid edək ki, gələcəkdə bütün tələbə yataqxaları BANM-nin Tələbə Evinə bənzəyəcək.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!