Əsas məzmuna keç

BANM-NİN MƏZUNLARI YENƏ ÖNDƏDİR – XARİCDƏ TƏHSİL ÜZRƏ

Ölkə üzrə dövlət proqramı çərçivəsində xaricdə magistraturada təhsil alacaq tələbələrin 10 faizi BANM məzunları oldu.
TEZADLAR.AZ xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar qasımov sosial media hesabında bildirib.
Rektor vurğulayıb ki, bu nəticə ilə BANM ali məktəblər üzrə məzun nisbətində ölkə üzrə ən yüksək göstəriciyə sahib oldu.
“Məzunlarımız dünyanın ən top ali məktəblərinə qəbul olublar. Bu diplomlarımızın və təhsilimizin dünya tərəfindən qəbul edilməsinin ən bariz nümunəsidir. 
Əziz məzunlarımız!
Sizinlə qürur duyur və gələcək fəaliyyətinizdə uğurlar diləyirəm!”, – deyə Elmar Qasımov qeyd edib. 
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…