BANM-nin “Meta Yeast” komandası qalib oldu – FOTOLAR

Oxunma sayı: 1232
Artıq BANM tələbələrinin həm yerli, həm də beynəlxalq elmi və startap yarışlarında qalib gəlmələri adi hala çevrilib.
Bakı Ali Neft Məktəbinin (BANM) “Meta Yeast” komandası “GreenTech” II Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.

TEZADLAR.AZ  xəbər verir ki, bunu Bakı Ali Neft  Məktəbinin rektoru Elmar Qasımov bildirib.
O, qeyd edib ki, komanda “Davamlı inkişaf üçün sosial innovasiyalar” kateqoriyası üzrə I yeri qazanıb:
“QALİBLƏR – Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri:
• Murad İmamverdizadə;
• Günəş Lətifova;
• Ləman Mehtiyeva;
• Ruslan Rüstəmzadə;
• Nərmin Nəbiyeva.
Komandanın mentoru isə Kimya mühəndisliyi kafedrasının rəhbəri Rima Quliyevadır.
Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə 30 ali təhsil müəssisəsindən 80 komanda iştirak edib”, – rektor bildirib.
JASMİN
Xəbəri paylaş