Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 11:15

BANM-nin məzunu “Özbəkneftqaz” Şirkətinin Biznesin İnkişafı Departamentinin rəhbəridir

BANM-ın MBA məzunu Sukhrob Annamuradov “Özbəkneftqaz” Şirkətinin Biznesin İnkişafı Departamentinin rəhbəridir.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Bakı Ali  Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial şəbəkə hesabında  məlumat paylaşıb.

“Ölkənin energetika sektorunda strateji inkişaf layihələrini idarə edir. Onun rəhbərlik etdiyi departament ölkənin neft və qaz sənayesinin inkişafında mühüm rol oynayır, eyni zamanda beynəlxalq əməkdaşlıq və investisiya layihələrinin uğurlu həyata keçirilməsinə böyük töhfələr verir.

Sukhrob Annamuradov, BANM-də qazandığı mükəmməl təhsil və praktiki bacarıqlarını Özbəkistanın enerji sektorunda tətbiq edərək, bu sahədəki inkişafı daha da irəlilətməkdədir.

Məzunlarımıza uğurlar arzulayır, onlarla qürur duyuruq!”, – deyə rektor vurğulayıb.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan Dövlət Məşğulluq Agentliyi tərəfindən təqdim edilən “Məzunların məşğulluq reytinqi” siyahısında  məzunları ən çox işlə təmin olunan ali məktəblər siyahısına Bakı Ali Neft Məktəbinin (BANM) 67.3% göstərici ilə başçılıq edir. BANM-nin bir çox məzunu xarici ölkələrdə də yüksək vəzifələrdə çalışırlar.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!