BANM-nin rektoru İstanbulda Boğaziçi Universitetinin rektoru ilə görüşüb -FOTOLAR

Oxunma sayı: 2036
BANM-nin rektoru Elmar Qasımov Türkiyənin Boğaziçi Universitetinin rektoru Prof. Dr. Naci İnci ilə görüşüb.

Tezadlar.az  xəbər verir ki,  bu barədə Bakı Ali Naft Məktəbinin (BANM) rektoru Elmar Qasımov öz sosial media hesabında məlumat verib.
“Görüş zamanı Liderlik Akademiyasının əldə etdiyi uğurları bir daha yüksək qiymətləndirilib, universitetlər arasında qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.
Daha sonra BANM nümayəndə heyəti ilə Boğaziçi Universitetinin Karyera Mərkəzini ziyarət edib, Mərkəzin fəaliyyəti və iş prinsipləri ilə tanış olub.
Səfər çərçivəsində müvafiq təcrübənin praktik şəkildə öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə razılığa gəlinib”, – deyə qeyd edilir.
JASMİN
 
Xəbəri paylaş