BANM-ın tələbələri dünyanın nəhəng enerji şirkəti olan bp-nin diqqətində

2025-ci ildə Bakı Ali Neft Məktəbinin 30 tələbə və məzununa dünyanın nəhəng enerji şirkətlərindən biri olan bp şirkəti tərəfindən iş təklifi alıb.
Tezadlar.az  xəbər verir ki,  bu  barədə BANM-nin rektoru Elmar Qasımov bildirib.
“Bundan əlavə, ötən il bp-də təcrübə proqramında iştirak edən tələbələrimizə də iş təklifi olunub. Həmin tələbələr Neft-qaz mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alırlar”, -deyə rektor qeyd edib.
JASMİN
Xəbəri paylaş