5 Yanvar 2026 / 20:51

BANM-nin tələbələri yenə öndədir – bu dəfə Təhsil Təqaüd Proqramında

Bakı Ali Neft Məktəbinin 5 tələbəsi Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibi olub.
Tezadlar.azxəbər verir ki,  bu barədə  BANM-nin rektoru sosial media hesabında məlumat verib.
O qeyd edib ki, seçim prosesinin bütün mərhələlərini uğurla başa vuran 20 tələbə proqramın qalibi adını qazanıb: “Qaliblərin ən böyük hissəsini Bakı Ali Neft Məktəbinin tələbələri təşkil edib. Onlar İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi Rza Rzayev, Data analitikası ixtisasının tələbəsi Nəzmiyyə Mayılova, Kompüter mühəndisliyi ixtisasının tələbəsi Fərid Rəcəbli və Kompüter elmləri ixtisasının tələbələri Mətin Əskərzadə, Orxan Şəfiyevdir.
Tələbələrimizi təbrik edirik!”
JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!