BANM-nin tələbəsi ABŞ universitetindən 100 min dollarlıq təqaüd qazanıb

Gülşən Məmmədli proqram çərçivəsində illik 100 min ABŞ dolları məbləğində təqaüd qazanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin  rektoru Elmar Qasımov məlumat verib.

Rektor sosial media hesabında  qeyd edib ki, Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının tələbəsi Gülşən Məmmədli ABŞ-nin nüfuzlu Tulane Universitetinin Kimya və biomolekulyar mühəndislik ixtisası üzrə birbaşa doktorantura proqramına qəbul olunub.
“Bundan başqa, New York University Tandon School of Engineering-dən Kimya mühəndisliyi, İngiltərənin Leeds Universitetindən isə Advanced Chemical Engineering ixtisası üzrə magistr proqramlarına da qəbul alıb. Gülşən 2020-ci ildə BANM-a 658 balla daxil olub.
GreenTech startup və yaşıl texnologiyalar üzrə keçirilən müsabiqədə komandası ilə l yerə layiq görülüb.
BANM-da keçirilən Tələbə və Gənc Tədqiqatçıların V Beynəlxalq Elmi Konfransında II yerə, IV elmi konfransda isə komandası ilə III yerə layiq görülüb.
2023-cü ildə AGAGroup tərəfindən elan olunan qadınlar üçün təqaüd proqramının qalibi olub!, – deyə o diqqətə çatdırıb.
Rektor tələbəsinin uğuru ilə qürur duyduğunu qeyd edib.
JASMİN
Xəbəri paylaş

20 İyul