16 Fevral 2026 / 12:00

“BANM ölkənin aparıcı innovasiya və startap universitetidir” – Elmar Qasımov

Bakı Ali Neft Məktəbində İnnovasiya Festivalı təşkil etdik. Bu festivalda tələbələrimizin il ərzində əldə etdikləri uğurları təqdim etdik.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
BANM TEDBİR
 
“Çıxışımda bir daha vurğuladım ki, BANM bu gün ölkənin aparıcı innovasiya və startap universitetidir. Tələbələrimizin hakaton və Teknofest yarışlarında qazandıqları nəticələr bunun ən bariz göstəricisidir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Millət vəkili Tahir Mirkişili və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da BANM-in bilik, texnologiya və innovasiya yönümlü kadrların hazırlanmasında mühüm rol oynadığını qeyd etdilər.
İnnovasiya Mərkəzimizin müdiri Emiliya Əhmədovanın təqdim etdiyi məlumatlara əsasən, 2025-ci ildə 400-dən çox tələbəmiz innovasiya sahəsində uğur qazanıb, onlara ümumilikdə 81 500 manat mükafat verilib, tələbə startaplarının cəlb etdiyi investisiyanın həcmi isə 171 700 manat təşkil edib”, – deyə qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!