Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi AzerGold Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Təqaüd proqramı”nın qalibi olublar.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosil media hesabında bildirib.
“Qaliblər: Elnur İslamov- Kimya mühəndisliyi IV kurs, Nərmin Allahverdiyeva – Kimya mühəndisliyi V kurs, Fidan Yunusova – Kimya mühəndisliyi V kurs tələbələridir.
Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə “Təqaüd proqramı”na cəlb edilərək, hər biri müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN məbləğində təqaüd əldə edəcək. Məqsəd gələcəkdə metallurgiya və qazma sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsinə dəstəkdir”, – deyə rektor qeyd edib.
JASMİN