Bakı Ali Neft Məktəbi (BANM) ilə Bayraktar Teknoloji Azərbaycan MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabındakı paylaşımda məlumat verib.
“Bayraktar Teknoloji Azərbaycan şirkətinin baş icraçı direktoru Hüseyin Topuz, əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini vurğulayıb və bu istiqamətdə mühüm layihələrin gerçəkləşəcəyini bildirib.
Görüşdə, həmçinin Bayraktar Teknoloji Azərbaycan şirkətinin Baş texnologiya direktoru Erdoğan Akhan, Süni intellekt komandası rəhbəri Zərəfşan Məmmədova, T3 Vəqfinin direktoru Ahmet Köse iştirak ediblər”, deyə o qeyd edib.

JASMİN







