1 Yanvar 2026 / 13:05

Barda baş verən partlayışda 40 nəfər ölüb

Təxminən yüz nəfər yaralanıb

İsveçrədəki Crans-Montana xizək kurortundakı barda baş verən partlayış və sonrakı yanğın nəticəsində təxminən 40 nəfər ölüb.

Tezadlar.az bu barədə “Le Nouvelliste” qəzetinə istinadən xəbər verir.

“Bizim məlumatlarımıza görə, ölənlərin sayı çoxdur: təxminən 40 ölü və 100 yaralı”, – qəzet bildirib.

Barın ətrafı tamamilə mühasirəyə alınıb və kənd üzərində uçuşa qadağa zonası tətbiq edilib. Badener Tagblatt əlavə edib ki, hazırda İsveçrənin qərbindəki xəstəxanalar dolub.

Xəbər verildiyi kimi, gecə insanlar Yeni ili qeyd edərkən müəssisədə yanğın və güclü partlayış baş verib. Le Constellation barının zirzəmisində partlayış baş verib, daha sonra yanğın binanın hər yerinə sürətlə yayılmağa başlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!