3 Mart 2026 / 23:09

Baş məşqçilərə VAR-a müraciət hüququ verilə bilər

İngiltərə Futbol Assosiasiyası (FA) videotəkrar sisteminin (VAR) tətbiqi ilə bağlı mövcud protokolda əsaslı dəyişikliklər etməyə hazırlaşır.

Tezadlar.az xəbər verir ki, Britaniya futbolunun ali idarəetmə orqanı baş məşqçilərə öz təşəbbüsləri ilə VAR-a müraciət etmək hüququ verməyi planlaşdırır.

Layihə müəllifləri hesab edirlər ki, bu addım oyun zamanı yaranan mübahisəli məqamları minimuma endirəcək, eyni zamanda sistemin istifadəsini tənzimləyən hazırkı qaydalar səbəbindən yaranan uzun fasilələrin sayını azaltmağa kömək edəcək.

Əgər dəyişiklik rəsmi şəkildə qəbul edilərsə, VAR sistemindən əsasən ofsayd kimi konkret – faktiki qərarların dəqiqləşdirilməsi üçün istifadə olunması proqnozlaşdırılır.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!