Əsas məzmuna keç

BAŞ NAZİR: “MİLLİ MAYDAN” CƏHDİ UĞURSUZ ALINDI

Gürcüstan hakimiyyəti ölkədə vəziyyətə nəzarət edir, müxalifətin “milli maydan” təşkil etmək cəhdi uğursuzluğa düçar oldu.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Uğursuz “milli maydan”dan sonra görürsünüz ki, müəyyən qüvvələr, zorakı qruplar hansısa yolla ölkəmizin maraqlarına, o cümlədən biznes fəaliyyətinə və s. xələl gətirmək üçün hərəkətə keçiblər. Amma təbii ki, bu cəhdlər uğursuzluğa məhkumdur. Bu, bu insanların yerinə yetirdiyi son vəzifədir. Hər şey nəzarət altındadır, “milli maydan” iflasa uğrayıb və ölkənin maraqları tam şəkildə qorunacaq”, – Kobaxidze mətbuat konfransında bildirib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…