9 Sentyabr 2024 / 07:52

BAŞ NAZİR QHT-LƏRİ MALİYYƏLƏŞDİRMƏK ÜÇÜN FONDUN YARADILMASINDAN DANIŞIB

Gürcüstan hökuməti yerli qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşdirilməsi üçün qrant proqramı yaradacaq.

Tezadlar.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Biz Gürcüstan QHT-ləri üçün qrant proqramı yaratmaq qərarına gəldik ki, bu proqram Gürcüstan vergi ödəyicilərinin pulları hesabına tamamilə Gürcüstanın dövlət büdcəsindən maliyyələşdiriləcək”, – Kobaxidze brifinqdə bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!