Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baş nazirin sözlərinə görə, son bir ilin statistikası göstərir ki, cərimələrin artırılması ilə yol hərəkəti qaydalarının pozulması hallarının azalması arasında birbaşa əlaqə müşahidə olunmayıb…
Baş nazir İrakli Kobaxidze bildirib ki, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin azaldılması məsələsi gündəmdədir… Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, Baş nazir bu barədə hökumət administrasiyasında keçirilən brifinq zamanı danışıb. Baş nazirin sözlərinə görə, son bir ilin statistikası göstərir ki, cərimələrin artırılması ilə yol hərəkəti qaydalarının pozulması hallarının azalması arasında birbaşa əlaqə müşahidə olunmayıb. “Biz daim statistik göstəriciləri izləyirik və cərimələrin artırılmasının nəticələrə necə təsir etdiyini qiymətləndiririk. Son bir ilin məlumatlarında isə cərimələrin artması ilə pozuntuların azalması arasında birbaşa korrelyasiya görmədik. Buna görə də, cərimələrin əhali üçün yük olduğunu nəzərə alaraq, parlamentlə birlikdə onların azaldılması variantını müzakirə edəcəyik”.
Sitatın sonu!
XXX
Xatırladırıq ki, “Təzadlar”ın Araşdırma Qrupu bir müddət əvvəl Azərbaycanda da belə bir uyğunsuzluğu araşdırmışdır. Məlum olurdu ki, son 10 ildə cərimələr və qanun sərtləşsə də, bunların qayda pozuntuları ilə heç bir bağlılığı yoxdur!
Bu da həmin araşdırma: https://tezadlar.az/yolumuzun-c-ri-m-si-c-ri-m-mi-zi-n-yolu-arasdirma/
Bəs cərimələrin artırılmasında səbəb və məqsəd nədir? Görünür, Azərbaycanda qayda pozmaq üçün şərait yetərincədir! Məsələn, Bakıda AYNA bir tərəfdən, DYP o biri tərəfdən… Sürücülər isə paytaxtda iki yol ayrıcında qalıb…
A.Məmmədli