Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baş nazir İrakli Kobaxidze AŞPA-da Gürcüstanla bağlı müzakirələrin aparılmasına münasibət bildirib. Tezadlar.az xəbər verir ki, hökumət başçısı AŞPA-nın qərarının Gürcüstan hakimiyyəti üçün maraqlı olmadığını qeyd edib. O bildirib ki, 2023-cü ilin dekabrında Avropa bürokratiyası Gürcüstanı və onun vətəndaşlarını şantaj etməyə davam etdi, bu isə çox utancverici bir haldır: “Bizim üçün maraqlı deyil, Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırdığımızı bildirmişik. İndi onların qərar vermək üçün praktiki olaraq heç bir şeyləri yoxdur. Bizim AŞPA-da fəaliyyətimiz dayandırılıb” – deyə Kobaxidze bildirib. Qeyd edək ki, aprelin 10-da AŞPA-da Gürcüstanla bağlı debat keçiriləcək. Müzakirələr zamanı Gürcüstan nümayəndə heyətinin mmandatları ilə bağlı 29 yanvarda qəbul edilmiş qətnamədən sonrakı vəziyyətə diqqət yetiriləcək. Xatırladaq ki, Gürcüstan nümayəndə heyəti qətnamənin qəbul edildiyi gün. – yanvarın 29-da AŞPA-da fəaliyyətini dayandırdığını bəyan edib.