Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ali təhsil ölkənin gələcəyini müəyyən edən kadrların təhsil və bacarığını müəyyən edən ali pillədir… Bəs bu həmişə belədirmi? Bəzən ali təhsil alıb diplom qazanan isə özünə həmin ixtisasına görə iş qazana bilmir. Bu uyğunsuzluq hər yerdə belədir, Azərbaycanda da o cümlədən…
***
Beləliklə, “Bu gün ali təhsil sistemi, yumşaq desək, ağır vəziyyətdədir və mövcud problemlərin keyfiyyətcə aradan qaldırılması əsas prioritetdir”, -deyən qonşumuz, yüz minlərlə soydaşlarımızın vətəni olan Gürcüstanın baş nazir İrakli Kobaxidze təhsil naziri Givi Mikanadze ilə professorlar arasında keçirilən görüşü şərh edərkən belə deyib. Kobaxidze qeyd edib ki, ali təhsil sistemi hazırda tələbələrə lazımi keyfiyyətdə təhsil təqdim edə bilmir və bu vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılması vacibdir. O vurğulayıb ki, bu prosesdə şəxsi və ya subyektiv maraqlar kənara qoyulmalıdır.
Baş nazirin sözlərinə görə, əsas məqsəd tələbələrə və gənclərə yüksək səviyyəli təhsil vermək və bilik paylaşımını gücləndirməkdir. O əlavə edib ki, bu hədəfə çatmaq üçün bütün zəruri addımlar atılacaq.
Bəli, təhsil təhsil və diplom xatirinə deyil, bilik naminə verilməlidir…
A.Məmmədli