Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikasının Baş nazir Əli Əsədov martın 5-də Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.
Nazirlər Kabinetindən TEZADLAR.AZ-a verilən məlumata görə, Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib.
Bildirilir ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.
Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.