Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, onun həyat yoldaşı və ailə üzvünün qanunsuzluqlara məruz qalmasına dair həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb. Baş Prokurorluqdan “Təzadlar”a bildirilib ki, bildiririk ki, Böyükağa Abdullayev 2004–2009-cu illərdə “Eko-Servis KO” MMC-nin həmtəsisçisi kimi qabaqcadan əlbir olan şəxslərlə birlikdə Tovuz rayonu ərazisində yerləşən “Koroğlu” tras yatağından əldə edilmiş 141 min manatdan artıq vəsaiti digər həmtəsisçidən və onun vərəsəsindən gizlədərək ələ keçirməklə, həmçinin vergi sənədlərini saxtalaşdırmaqla 3 min manatadək məbləğdə verginin ödənilməsindən yayınıb. “…Bundan başqa, o, icarə müqaviləsinə xitam verildikdən sonra yatağın qanuni istifadəçisi olan “İlqar-7.T” MMC-nin fəaliyyətinə qanunsuz müdaxilə edərək istehsal prosesini dayandırıb və bununla da müəssisəyə 67 min manat məbləğində ziyan vurub. Həmçinin, B.Abdullayev Tovuz rayonu ərazisindən keçən dəmiryolunun yük stansiyasında inşa edilmiş, “Qaradağ Sement” ASC-yə məxsus anbarın üst hissəsində olan 12 ədəd dəmir-beton plitələrini oğurlayıb”.