Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna şər yuvasıdır, oradakı korrupsiya səviyyəsi heyrətamizdir.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Bayden “The New York Post” qəzetinə verdiyi müsahibədə bildirib.
“Ukraynanın nə qədər şər yuvası olduğu barədə çox sadəlövh idim”, – o, etiraf edib.
Keçmiş ABŞ liderinin oğlunun sözlərinə görə, Ukraynadakı korrupsiya səviyyəsi tamamilə inanılmazdır və bu, hələ də ağlı çaşdırır. O, həmçinin qeyd edib ki, Ukraynanın özəl qaz hasilatı şirkəti Burisma Holding-də işləmək “ailəsini düşdüyü siyasi vəziyyətə görə” səhv olub.
Əvvəllər Hunter atasının zəif immiqrasiya siyasətini və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını əsas uğursuzluqları kimi qeyd etmişdi. O, məsuliyyətin Co Baydenin üzərində olduğunu aydınlaşdırıb.
E.ŞİRİNOV